Səbail çempion oldu


İdman 12 May 2018 12:00:00 300 0

Səbail çempion oldu

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 27-ci turun oyunları keçirilib.

Goal.az xəbər verir ki, Səbail sona bir tur qalmış qızıl medalları rəsmiləşdirib. Elman Sultanovun başçılıq etdiyi komanda birinciliyin 27-ci turunda Neftçi'ni məğlub edərək, əlçatmaz oldu. Sumqayıt'a 0:2 hesabı ilə məğlub olan və bununla da qızıl medal qazanmaq şansını itirən Qəbələ gümüş medallarla kifayətlənib.

Əvəzedicilərin yarışında bürünc medalların sahibi son turda məlum olacaq.

 

Əvəzedicilərin çempionatı, 27-ci tur

Neftçi - Səbail 0:1

Qol: Emil Həsənzadə, 19.

 

Zirə - Kəpəz 2:2

Qol: Elçin Əliyev, 27. Əziz İsmayılov, 73 - Ruslan Süleymanov, 53. Əli Səmədov, 83. 

 

Keşlə - Qarabağ 3:1

Qol: Emin Quliyev, 20; 64. Asif Əliyev, 85 - Ruslan Hacıyev, 90+3.

 

Sumqayıt - Qəbələ 2:0

Qol: Qurban Hüseynov, 78. Elvin Nəsibov, 84-pen.