Azercell Eksklüziv mağazalarında Lenovo planşeti al – hədiyyələr qazan!


Digərləri 12 May 2018 11:59:52 238 0

Azercell Eksklüziv mağazalarında Lenovo planşeti al – hədiyyələr qazan!

Azercell-dən planşet, limitsiz internet və üstəgəl premium aksessuar əldə etmək istəyənlər üçün yeni sərfəli kampaniyaya start verilib.

Bakı. Azercell-dən planşet, limitsiz internet və üstəgəl premium aksessuar əldə etmək istəyənlər üçün yeni sərfəli kampaniyaya start verilib. Trend-in məlumatına görə, kampaniya çərçivəsində məhz Azercell Eksklüziv Mağazalarında Lenovo markalı planşeti alan hər bir müştəri 6 ay müddətinə Limitsiz İnternet paketini cəmi 15 AZN qiymətinə əldə etmək imkanından faydalanacaq. Üstəlik, hər bir kampaniya iştirakçısına 1 ədəd Azercell Premium aksessuar hədiyyə təqdim olunur. Kampaniyada təqdim olunan Lenovo planşet modelləri: Lenovo TAB3 710L 16GB – 206 AZN Lenovo TAB4 7304 16GB – 209 AZN Lenovo YTAB3 850 16GB – 359 AZN Lenovo YTAB3 X50 16GB – 499 AZN Onu da bildirək ki, kampaniya planşetlərinə Azercell-in rəsmi tərəfdaşı və Lenovo-nun Azərbaycanda rəsmi distribütoru Inteqral şirkəti tərəfindən 1 il zəmanət təqdim olunur.