Şamaxıda 8 gün əvvəl qəzaya düşənlərdən daha biri öldü


Digərləri 12 May 2018 11:48:00 240 0

Şamaxıda 8 gün əvvəl qəzaya düşənlərdən daha biri öldü

Bu il mayın 4-də Şamaxı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan daha biri xəstəxanada ölüb.

Son.az report-a istinadən xəbər verir ki, qəza nəticəsində ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 1959-cu il təvəllüdlü Nərminə Əşrəf qızı həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.