"Azərbaycanda 4 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malikdir"


Siyasət 12 May 2018 11:30:00 270 0

"Azərbaycanda 4 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malikdir"

"Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki , Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər. Onun sözlərinə görə, hazırda Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə ciddi hazırlıq işləri davam etdirilir:

"Bildiyiniz kimi, Türkiyədə keçiriləcək prezident seçkilərində artıq namizədlərin adları məlumdur. Önümüzdəki həftə isə parlament seçiklərində iştirak edəcək namizədlərin adları açıqlanacaq".

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.