Misirdə 4 yaşında uşağa öpüş məhkəməsi


Digərləri 12 May 2018 11:38:00 241 0

Misirdə 4 yaşında uşağa öpüş məhkəməsi

Misirdə 4 yaşında oğlan uşağı bağçada qız dostunu öpmək ittihamı ilə məhkəməyə verilib.

Müraciətə baxan Misirdəki uşaq məhkəməsi ittihamın məqbul olmadığı səbəbilə dörd yaşında uşaq haqqında bəraət qərarı verib.

Yerli mediada çıxan xəbərlərə görə, 2017-ci ildə Misirin Beheira vilayətinin Hush İssa bölgəsində bir kişi bağçada 4 yaşlı qızının eyni yaşdakı bağça yoldaşı tərəfindən öpülməsi ilə bağlı prokurorluğa müraciət edib.

Prokurorluq müraciəti qəbul edərək məhkəməyə yönləndirib. Məhkəmə isə bu iddianın onun səlahiyyətləri xaricində olduğunu deyib.