Lənkəranskinin adamlarını güllələyən millinin futbolçusu imiş VİDEO FOTO


Kriminal 12 May 2018 11:07:00 347 0

Lənkəranskinin adamlarını güllələyən millinin futbolçusu imiş  VİDEO  FOTO

Martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində yerləşən "Ağdam" restoranının qarşısında kalaşnikov avtomatından atəş açaraq bir Azərbaycan vətəndaşının ölümünə səbəb olan killerlər saxlanılıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, onlardan biri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovdur. Kriminal aləmdə "Malış Dnepr" ləqəbi ilə tanınan Yusifov Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçarkən saxlanılıb.

Saxlanılan digər 32 yaşlı şəxsin azərbaycanlı olduğu dəqiq bilinsə də, adı hələlik məlum deyil. Sözügedən şəxslər barədə 72 saatlıq həbs qərarı çıxarılıb. Onlar yerli hüquq-mühafizə orqanları tərəfindən Ukraynaya təhvil veriləcək.

Qeyd edək ki, silahlı hücum edənlərin "Lotu Quli" ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifovun briqadasının üzvləridir. Haqverdi İsayevin hətta bir müddət əvvəl "Lotu Quli" ilə birlikdə çəkilmiş şəkili də yayılmışdı.


Xəbərə aid fotolar