Kenan Doğulu DJ qardaşı ilə birlikdə Bakıda konsert verəcək - VİDEO


Digərləri 12 May 2018 10:41:00 168 0

Kenan Doğulu DJ qardaşı ilə birlikdə Bakıda konsert verəcək - VİDEO

Müğənninin xanımı aktrisa Beren Saatın da konsertdə iştirak edəcəyi gözlənilir

Türkiyənin məşhur müğənnisi Kenan DoğuluBakıya gələcək.

“Report” xəbər verir ki,o, mayın 19-daBakı Konqres Mərkəzindəkonsert proqramı ilə çıxış edəcək.

Saat 20:30-da başlayacaq konsertdə K.Doğulu səhnəni DJ və aranjmançı qardaşı Ozan Doğulu ilə bölüşəcək.Müğənnipərəstişkarlarının görüşünə öz komandası ilə gələcək.Uzun müddətdir Bakıda konsert verməyən müğənni repertuarına daxil olan yeni mahnılarını da səsləndirəcək.

Məlumata görə,müğənninin xanımı aktrisa Beren Saatın da konsertdə iştirak edəcəyi gözlənilir.

Konsertə biletlərin qiymətləri 50-600 manat arasında dəyişir.Biletləriiticket.azsaytından əldə etmək mümkündür.

Kenan Doğulu konsert ərəfəsində Azərbaycandakı pərəstişkarlarına müraciət ünvanlayıb.