İvanişvili qayıtdı və hədəfini açıqladı:


Dünya 12 May 2018 10:44:00 248 0

İvanişvili qayıtdı və hədəfini açıqladı:

Gürcüstan beynəlxalq tərəfdaşlarının yardımı ilə Rusiyayla dialoqu yeniləmək niyyətindədir.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının qurultayında çıxışı zamanı partiyanın yeni sədri Bidzina İvanişvili deyib.

"Biz Rusiya ilə münasibətlərdə qismən deeskalasiyanı bacardıq. Ümid edirəm ki, beynəlxalq tərəfdaşlarımız vasitəsilə dialoq rejiminə keçməyimiz mümkün olacaq", - deyə o bildirib.

O, yenidən siyasətə qayıtmağının səbəbini də izah edib:

"Mən bir neçə il əvvəl də demişdim ki, siyasətə ehtiyac yaranacağı təqdirdə geri dönəcəyəm. Biz 2012-ci ildə bu hakimiyyətdən zorakı hökuməti həmişəlik uzaqlaşdırmağı bacardıq. Geri dönmək qərarını nə hökumətin, nə Gürcü Arzusunun, nə də özümün şəxsi maraqlarıma görə vermişəm. Mənimlə yaxın olan hər kəs bilir ki, bu barədə verdiyim qərar çox çətin idi. Geri dönməyimin səbəbi, 2011-ci ildəki kimi, qarşıya qoyulan hədəfi gerçəkləşdirməkdir. Bu hədəf xalqın və hər bir ailənin rifahının yaxşılaşdırılması və layiqli gələcək üçündür".

İvanişvili partiya sədri olduqdan sonra baş naziri istefaya göndərməyəcəyini deyib: