Azərbaycanın test konteyner qatarı “CənubQərb” dəhlizi ilə Avropadan İrana çatdı


Digərləri 12 May 2018 10:03:00 250 0

Azərbaycanın test konteyner qatarı “CənubQərb” dəhlizi ilə Avropadan İrana çatdı

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti "ADY Container" İsveçrənin "Hupac Intermodal" şirkəti ilə birgə "Cənub-Qərb" beynəlxalq nəqliyyat marşrutu ilə Avropadan İrana konteynerlərin sınaq daşınmasını həyata keçirib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "ADY Container" şirkətindəki mənbə məlumat verib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, konteyner qatarı Azərbaycan ərazisindən keçməklə Polşanın Slavkov şəhərindən İrana yola salınıb:

"Qatar uğurla İranın Astara şəhərinə çatıb və artıq əks istiqamətdə yola düşüb".