Yasamalda yaşlı kişi öz boğazını kəsdi


Digərləri 12 May 2018 09:30:00 248 0

Yasamalda yaşlı kişi öz boğazını kəsdi

Paytaxtın Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Mircəlal Abdullayev bıçaqla boğaz və sol döş qəfəsi nahiyələrinə xəsarət yetirərək özünü öldürmək istəyib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşlarına izahatında özünü bıçaqlamaqla intihara cəhd göstərdiyini bildirib.