Mürəkkəb və qızıldan ibarət süni tor qişası hazırlandı


Digərləri 12 May 2018 08:55:00 298 1

Mürəkkəb və qızıldan ibarət süni tor qişası hazırlandı

Mütəxəssislərin yeni tədqiqatı orqanik mürəkkəb və qızıldan ibarət süni tor qişasının əksər gözdən əlil insanların görmə qabiliyyətinin bərpasını nəzərdə tutur.   Son.az ICTnews-a istinadən bildirir ki, texnologiya boya, kosmetika və tatuirovkaların hazırlanması zamanı istifadə edilən nazik üzvi kristal piqment qatından ibarətdir. Piqment hissəcikləri müəyyən həndəsi ardıcıllıqla yerləşən zaman maddə kristalları işığı uda və onu gözün torlu qişasının işığa həssas hüceyrələri kimi dəyişdirə bilər. Belə materiallar əsasında süni torlu qişa piqment tor qişa iltihabı, sarı ləkənin qocalıq degenerasiyası kimi milyonlarla xəstənin görmə qabiliyyətini bərpa edir.   Məlumata görə, belə xəstəliklər vaxtı fotoreseptorların fəaliyyəti dayansa da, elektrik siqnalları emal edərək onları beyinə ötürən hüceyrələr qalır. İsveçin Linçepinq Universitetinin tədqiqatçısı Erik Qlovaski fotoreseptorları ötürərək birbaşa neyronları stimullaşdırmağı təklif edir. Süni torlu qişa simsiz texnologiya olması və silisium əsasında material əvəzinə üzvi birləşmələrdən istifadəyə görə fərqlənir ki, bu da onun orqanizmdən ayrılma riskini azaldır.