Yanan və yaralı dərini bərpa edə bilən cihaz yaradıldı


Digərləri 12 May 2018 08:41:00 301 0

Yanan və yaralı dərini bərpa edə bilən cihaz yaradıldı

Toronto Universitetində çalışan araşdırmaçılar yara yerlərində dərini formalaşdırmağa kömək edən portativ cihaz yaradıblar.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu, ilk belə aparatdır ki, cəmi bir neçə dəqiqə ərzində zədələnmiş yerə lazımı materialları sürtməyə imkan verir.

Qeyd edilir ki, bu tərtibat yanıq və digər yaraların müalicəsində vəziyyəti dəyişdirə bilər. Bu hallarda adətən dərinin köçürülməsindən istifadə edilir. Bir çox müasir 3D-bioprinterlər çox nəhəngdir, ləngdir və bahalıdır ki, bu da onun istifadə dairəsini məhdudlaşdırır.