"Walmart" hind online ticarət bazarına girdi


Digərləri 12 May 2018 08:31:00 301 0

"Walmart" hind online ticarət bazarına girdi

ABŞ-ın iri pərakəndə və topdan satış şəbəkəsi "Walmart" Hindistanın "Flipkart" online riteylerini satın aldığını elan edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, amerikalılar "Flipkart"ın 77% səhm paketini 16 milyard dollara alıblar. 

Tərəflər arasında danışıqlar bir neçə il davam edib. Bu alışla "Walmart" online ticarətin ən sürətlə inkişaf etdiyi bazarlardan birində rəqibi "Amazon"a qarşı mühüm üstünük qazanıb. "Morgan Stanley"nin proqnozlarına əsasən Hindistanın online ticarət bazarının həcmi yaxın onillikdə 200 milyard dollara çata bilər. "Artım tempi və ölçüləri nəzərə alınarsa, Hindistan riteyl sahəsində ən cəlbedici bazarlardan biridir", - deyə "Walmart"ın baş direktoru Duq Makmillan bildirib.