Xırdalanda Mercedes məhəccərə çırpılıb,


Digərləri 12 May 2018 08:38:00 250 0

Xırdalanda Mercedes məhəccərə çırpılıb,

Hadisə sürücünün iradəetməni itirməsi nəticəsində baş verib

Bakı-Quba yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, "Mercedes" markalı "90-KT-314" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü iradəetməni itirərək yol kənarındakı məhəccərə çırpılıb.

Nəticədə iki nəfər - sürücü və sərniş müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə Dövlət Yol Polisi Şöbəsi və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunublar. Qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.