Google Photos köhnə şəkilləri rəngləyir


Digərləri 12 May 2018 08:25:00 394 0

Google Photos köhnə şəkilləri rəngləyir

"Google" şirkəti 8-10 may tarixlərində Mauntin-Vyu  şəhərində keçirilən "Google I/O 2018" konfransında "Google Photos" servisi üçün öz yeniliklərini təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, ən maraqlı yeniliklərdən biri süni intellekt sisteminin köməyi ilə köhnə ağ-qara şəkillərin rənglənməsidir. İstifadəçi köhnə şəkli öz smartfonu ilə çəkməli olacaq, bundan sonra "Google Photos" servisi onu təhlil edərək şəklin rəngli variantını təklif edəcək.