Meksikada iki əcnəbi velosipedçi


Dünya 12 May 2018 08:10:00 253 0

Meksikada iki əcnəbi velosipedçi

Onlardan birinin başı, digərinin qolu kəsilib

Meksikanın Çyapas ştatının Okosinqo şəhərində meyiti tapılan iki əcnəbi velosipedçi amansızlıqla qətlə yetirilib.

Son.az "Report"a istinadən bildirir ki,bu barədə cümə günü ştatın prokurorluğu məlumat yayıb.

Ölənlərdən biri alman velosəyyah Holqer Frans Haqenbuş və digəri polşalı velosipedçi Kşiştof Xmelevskidir. Onların birinin cəsədi aprelin 24-də, digərinki isə mayın 4-də aşkar edilib.