Pensilvaniya ştatında Azərbaycan Günü elan olunub


Dünya 12 May 2018 08:13:00 226 0

Pensilvaniya ştatında Azərbaycan Günü elan olunub

Pensilvaniya ştatının qubernatoru Tom Vulf Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq təbrik məktubu ünvanlaıb.

Məktubda qeyd olunur ki, 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulmuş və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınmışdır. Müstəqillik dövründən bəri Azərbaycan regionun mayakı olaraq irqi, cinsi və ya etnik mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabərlik hüququnu tanımış və Qafqaz regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

T.Vulf Azərbaycanın yaranmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar, ölkədə yaşayan Azərbaycanlıları cəmiyyətə verdikləri töhfələri nailiyyət və qürur hissi ilə qeyd etməyə çağırır.

Gubernator Pensilvaniyada yaşayan vətəndaşlar adından Azərbaycanın 100 illiyini tanımaqdan qürur duyduğunu və 100 illiyin yaddaqalan və uğurlu qeyd olunması üçün ən xoş arzularını bildirmişdir.