Nikaraquada iğtişaşlar zamanı 3 nəfər ölüb


Dünya 12 May 2018 08:08:00 288 0

Nikaraquada iğtişaşlar zamanı 3 nəfər ölüb

Etirazçılar güllə yaralarından keçiniblər

Nikaraquada polislə etirazçılar arasında yeni toqquşma dalğası daha 3 nəfərin ölümü ilə nəticələnib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə cümə günü "Univision" kanalı məlumat yayıb.

Bildirilir ki, 18 və 35 yaşlarında iki nəfər polisin Daniel Orteqa hökumətinə qarşı etirazların davam etdiyi iki Manaqua universiteti binasına hücumu nəticəsində həyatını itirib. Onların ölümünə aldıqları güllə yaraları səbəb olub. Daha bir 55 yaşlı kişi isə aldığı güllə yarasından xəstəxanada keçinib.