Facebook yeni komanda yaradıb


Digərləri 12 May 2018 07:51:00 274 0

Facebook yeni komanda yaradıb

Facebook şirkəti son 15 ildə ən böyük işçi kadrlarının yenilənməsini aparıb. Bu barədə Recode saytı xəbər verib. Nəticədə şirkət öz məhsullarını 3 şöbə arasında bölüb və blockchain texnologiyası üzərində çalışacaq yeni komanda yaradıb. Sözügedən 3 şöbənin adları isə belədir: The Family of Apps (Whatsapp, Messenger və Instagram), New Platforms and Infra (blockchain texnologiyası üzrə yeni komanda, VR və AR, süni zəka texnologiyası və s.) və Central Product Services (reklam məsələləri və təhlükəsizlik).

Son.az technote.az-a istinadən bildirir ki, blockchain texnologiyası üzrə çalışacaq yeni komandaya David Marcus adlı şəxs rəhbərlik edəcək. Əvvəllər David Marcus PayPal-da çalışıb. Facebook-da isə o, Facebook Messenger-in yaradılması üzrə vitse prezident vəzifəsində çalışıb və həmçinin məşhur Coinbase kriptoplatformasının direktorlar şurasına daxildir. Sözügedən yeni komandanın hansı məhsullar yaradacağı və həmin komandaya daha hansı şəxslərin daxil olacağı barəsində heç bir məlumat yoxdur.