Abşeronda qayın mülk üstündə yeznəni bıçaqlayıb


Sosial 12 May 2018 06:26:22 343 0

Abşeronda qayın mülk üstündə yeznəni bıçaqlayıb

Hadisə Novxanı qəsəbəsində baş verib

Abşeron rayonunun Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1986-ci il təvəllüdlü Quliyev Natiq Qurban oğlu qaynatasına məxsus mülkün ona aid olduğunu bildirib və bu səbəbdən onunla qaynı arasında əlbəyaxa dava düşüb.

Nəticədə qaynı onun bud nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.