Zaqatalada çayın ortasında qalmış 4 nəfər xilas edilib


Sosial 12 May 2018 05:53:25 318 0

Zaqatalada çayın ortasında qalmış 4 nəfər xilas edilib

Onlar traktorla çayı keçmək istəyiblər

Zaqatala rayonunun Talaçay çayının Göyəm kəndi ərazisindən keçən hissəsində 4 nəfər traktorun içərisində köməksiz vəziyyətə düşüb.

“Report” xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Kənd sakinləri xilas edilib.