Günün qoroskopu: səhhətinizdə problemlər yarana bilər


Digərləri 12 May 2018 00:01:00 275 0

Günün qoroskopu: səhhətinizdə problemlər yarana bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - yaşamınızda ciddi dəyişikliklərə başlamaq fikriniz varsa, ehtiyatlı və sərvaxt davranmağı unutmayın. Məqsədlər pis deyil. Amma onlara çatmağa çalışanda sağlam məntiqi, təmkini unutmayın. Dəyər və önəm verdiyiniz məqamları alt-üst etməyin.

Günün ikinci yarısında peşəkar fəaliyyətlə bağlı tələsik qərar verməyin. İşdə rəhbərlik və həmkarlarla münasibətləri korlamayın.

Yüksək emosional gərginlik ailə üzvləri ilə münasibətlərə qətiyyən təsir etməməlidir. Münaqişə riski, onsuz da, az deyil. Öz hisslərinizdən savayı, başqaların emosiyaları və gözləntilərini dəyərləndirməyi bacarın. Yaxınlarınızın xətrinə dəyəcək, əhvalını poza biləcək sözlər deməyin.

Buğa - sizə paxıllıq edən və əllərinə imkan düşən kimi problemlər yaratmağa çalışan insanlarla ünsiyyətdə olmaq məcburiyyətindəsiniz. Belələrindən uzaq durmaq istəsəniz də, bu gün alınmayacaq. Aldığınız işgüzar təkliflər ilk baxışdan cazibədar təsir bağışlayır. Amma unutmayın ki, həmin təkliflərdən birini qəbul etsəniz, çox işləməli olacaqsınız.

Günün ikinci yarısında bel bağladığınız uğur olmayacaq. Daha doğrusu, uğur gecikir.

Yaxınlarınız sizə real yardım edə bilməsələr də, xoş söz və yaxşı məsləhətə simiclik etməyəcəklər. Uşaqlarla ünsiyyət sizi sevindirəcək. Ailədəki durum yaxşıdır. Nikbinlik üçün səbəblər az deyil.

Əkizlər - bir işə başlayıb onu yarımçıq qoymaq və sonra da yeni işə başlamaq yaxşı məziyyət deyil. Uğursuzluqlarınızda ətrafınızdakı insanları suçlamayın.

İşdə qəflətən işinizi yoxlamaq fikrinə düşmüş rəhbərdən tutmuş, dükanda sizin dediyinizə yetərincə reaksiya verməyən satıcıya qədər hamını və hər kəsi düşmən saymayın. İmiclə eksperimentlər aparmayın. Nəticənin sizi narazı salması ehtimalı çoxdur.

Günün ikinci yarısında nikbinlik və sevinc üçün səbəb var. Görüşlərin sonucları yaxşıdır, səfərlər pis bitməyəcək.

Qıcıqlı və aqressiv olmayın. Duruma süni müdaxilə arzuolunmazdır.

Xərçəng - bu gün ən kiçik səhv, xırda yanlışlıq nəzərdən qaçmayacaq. Bu səhvi görəcək, müzakirə edəcək, yadda saxlayacaqlar. Mövqeyinə, fikrinə, sözlərinə önəm verdiyiniz insana da o səhv barədə xəbər veriləcək. Tam etibar etmədiyiniz insanlarla fikirlərinizi, ideyalarınızı, niyyətlərinizi bölüşməyin.

Nə qədər az danışsanız, bir o qədər yaxşıdır.

Günün ikinci yarısında yaradıcı yanaşma tələb edən işlərdə uğurlar olacaq. Olaylara qeyri-standart yanaşmada irəliləyiş ola bilər. Sevdiyiniz insan orijinal ideyalarınızı bəyənəcək.

Yeni tanışlıqlar və romantik münasibətlər üçün əlverişli zamandır.

Şir - yeni işləri sürətlə başa vurmaq mümkün deyil. Sınanmış müttəfiqlər və köhnə dostların yardımlarına, habelə dəstəyinə arxalanaraq problemləri həll edə bilərsiniz. Bir zamanlar əməkdaşlıq etdiyiniz insan indi sizə maraqlı işgüzar təklif yollayıb. Əməkdaşlıq, birgə iş məhsuldar olacaq. Amma işlərin əksəriyyətini siz görməli olacaqsınız: buna hazır olun.

Günün ikinci yarısı yaxınlarla ünsiyyət üçün münasibdir. Yanlış anlaşılmaqdan çəkinməyərək ən ciddi məsələləri müzakirə etmək olar.

Sevdiyiniz, dəyər verdiyiniz insanı sevindirin.

Qız - hadisələr gözlədiyinizdən, təxminlədiyinizdən də sürətlə inkişaf edir. Situasiyanı ayrıd etməyə, müsbət və mənfi yönləri dəyərləndirməyə vaxt yoxdur. Etibar etdiyiniz insanla məsləhətləşmək də çətindir.

Peşəkar fəaliyyət və maliyyə məsələlərində intuisiyanıza güvənə bilərsiniz. Şəxsi münasibətlərə gəldikdə isə daxilinizdəki səs susacaq.

Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Valideynlər uşaqları anlamağa çətinlik çəkəcəklər. Bu səbəbdən ailədə münasibətlər gərginləşə bilər.

Tərəzi - səhər saatlarından etibarən fəallıqla, şövqlə çalışın. Ciddi uğurlara nail olmaq, uzun zamandan bəri həllini gözləyən problemi çözmək imkanları var. Qəfil ideyalar və standart olmayan qərarlar maneələri dəf edərək irəliləyişinizə imkan verəcək. Yaxşı gəlir əldə edə bilərsiniz.