Kişilər qadınlarda gözəllikdən daha çox bunları axtarır


Digərləri 11 May 2018 23:15:00 327 0

Kişilər qadınlarda gözəllikdən daha çox bunları axtarır

Kişilər qadınlarla ciddi münasibətə girmək, onlarla ailə qurmaq üçün bəzən gözəllikdən daha çox başqa xüsusiyyətlərinə diqqət edirlər.

Son.az axşam.az-a istinadən kişilərin qadınlarda daha çox axtardıqları xasiyyəti təqdim edir:

Macərapərəst - Həyat dolu bir qadınla kim birlikdə olmaq istəməz ki? Həyatı dolu- dolu yaşayan, fərqli macəralar yaşamağı sevən qadınlar kişilər üçün vazkeçilməzdir.

Zarafat etmək - bir qadının zarafatla arası yoxdursa, nə özü zarafat etmir, nə də qarşı tərəfdən ediləni başa düşmürsə, onlarla yola getmək çətindir. 

Qəm-kədərdən uzaq - Həyat sürət qatarına bənzəyir. Bəzi günlər xoş, bəziləri isə pis keçə bilir. Ancaq hər kiçik problemi böyük bir münaqişə halına salmaq lazım deyil. Bu münasibətləri soyuda bilər. Hər hadisəyə pozitiv yanaşan qadınlar kişi qazanmaq baxımından bir addım öndədirlər.