Hacıqabulda yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb


Sosial 11 May 2018 22:12:55 253 0

Hacıqabulda yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb

Qəza Bakı-Qazax magistral yolunda qeydə alınıb

Hacıqabul rayonunda yük maşınının aşması nəticəsində sürücü xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Türkiyə vətandaşı Günsaldı Səlim Həsən oğlu sükanı arxasında olduğu ağır tonnajlı yük maşını ilə (TIR) hərəkətdə olarkən anidən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.