Dişlərinizi ağardan 8 qida


Digərləri 11 May 2018 21:45:00 238 0

Dişlərinizi ağardan 8 qida

Dişlərinizin sağlam olması üçün mütəmadi olaraq həkim müayinəsindən keçməlisiniz. Müayinə ilə bərabər yediyiniz qidalara da diqqət etsəniz nəticə daha da mükəmməl olacaq.

Son.az axşam.az-a istinadən diş sağlamlığınız üçün lazım olan qidaları sizlərə təqdim edir:

Süd və süd məhulları

Süd və süd məhsulları tərkibindəki kalsium vasitəsilə dişləri gücləndirir. Eyni zamanda dişləri ağardır və daha sağlam hala gətirir. Lakin tərkibində kalsium olan hər qida xeyirli deyil. Məsələn, ispanaq dişlərinizi ağartmaq yerinə, ləkəli edə bilər.

Çiyələk

Çiyələyin tərkibində olan vitaminlər diş əti sağlamlığınıza və dişlərinizin ağarmasına birbaşa təsir edir. Eyni zamanda diş əti qanamalarının da qarşısını alır.

Badam və qoz

Badam və qoz kimi çərəzlər dişinizdəki ləkələrin təmizlənməsinə kömək edir. Əlavə olaraq badam və qozun tərkibində protein də mövcuddur.