Rayonlarda torpaq neçəyədir? QİYMƏTLƏR VİDEO


Digərləri 11 May 2018 21:33:00 499 0

Rayonlarda torpaq neçəyədir?  QİYMƏTLƏR  VİDEO

Lənkəranın torpaq bazarında durğunluq yaşanır.

Son.az bildirir ki, torpaq satışında qiymətlər aşağı düşsə də, bu, alıcılığa o qədər də təsir etməyib. Əsas tələbat isə şəhər mərkəzində və yola yaxın ərazilərədə olan torpaqlaradır. Qiymətlər torpaq sahəsinin yerləşdiyi əraziyə görə dəyişir. Şəhər mərkəzində elə yerlər var ki, 1 sot torpaq sahəsi 15 min manata satışa çıxarılıb.

Satıcıların sözlərinə görə, əsasən dənizə yaxın ərazilərdə satışa çıxarılan torpaqlara tələbat var.

Azərbaycanın əsas turizim zonalarından olan Qubada isə torpaq və ev alanların sayı getdikcə çoxalır. Qiymətlər ötən illə müqayisədə bahalaşıb. Bu rayonda ən bahalı torpaq sahələri Qəçrəş və rayon mərkəzindədir. Ən ucuz yerlər isə Quba- Xudat yolunun kənarıdır.