Sarımsağın gözlənilməz faydası aşkarlandı


Digərləri 11 May 2018 21:12:00 260 0

Sarımsağın gözlənilməz faydası aşkarlandı

Sarımsaq qəbulu bir çox xərçəng növləri, ürək-damar xəstəlikləri və ikinci tip diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə azaldır.

Son.az oxu.az-a istinadən bildirir ki, Britaniyanın Notinqem universitetindən olan alimlər belə bir nəticəyə gəlib.

Tədqiqatın nəticələri "Trends in Pharmacological Sciences" jurnalında dərc olunub.

Sarımsağın faydalı effekti onun hazırlanma üsulundan asılı olaraq dəyişir, lakin alimlər hələ ki, bu üsullardan hansının daha üstün olduğu ilə bağlı ortaq məxrəcə gəlməyib.