Təhlükəli xərçəngə qalib gəlməyin yolu tapıldı


Digərləri 11 May 2018 21:06:00 264 0

Təhlükəli xərçəngə qalib gəlməyin yolu tapıldı

Döş xərçəngi zamanı metastazın inkişafında başlıca rolu "AXL" zülalı oynayır. Kanadanın Monreal universitetinin alimləri belə bir nəticəyə gəlib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə pres-reliz  "MedicalXpress" jurnalında dərc olunub.

Araşdırmaya əsasən birləşmənin bloklanması müalicəsi olmayan ikinci dərəcəli şişlərin inkişafının qarşısını ala bilər.

Süd vəzi xərçənginin bəzi tiplərində  "HER2" fermentinin yüksək fəallığı izlənilir. Bu aktivlik aqressiv şişlərin meydana gəlməsinə təsir göstərir.