"Ana" pyesi əsasında hazırlanmış tamaşaya baxış keçirildi


Kriminal 11 May 2018 20:18:00 335 0

"Ana" pyesi əsasında hazırlanmış tamaşaya baxış keçirildi

May ayının 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq və şair Hüseyn Cavidin "Ana" pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya daxili baxış keçirilib. Teatrın istedadlı aktrisası, Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar aktrisanın benefis-tamaşası olan səhnə əsərində rolları Əməkdar artist Nübar Novruzova, aktyorlar  İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva , Aydın Dəmirov ifa edir. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov,  quruluşçu rəssamı Telman Şıxıyev,  musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

Qeyd edək ki, böyük dramaturq H.Cavidin "Ana" əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. Tamaşanın premyerası 2018-ci il 2 iyun saat 1900 da reallaşacaq.