“Cəza” monotamaşasının yaradıcı heyəti Bilik Fondunda (FOTO)


Digərləri 11 May 2018 20:13:00 282 0

“Cəza” monotamaşasının yaradıcı heyəti Bilik Fondunda (FOTO)

yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının yaradıcı heyəti ilə görüş keçirilib

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondunun inzibati binasında “Mədəni maarifləndirmə” proqramı çərçivəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının yaradıcı heyəti ilə görüş keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, psixoloji oyun dramında rolu ifa edən Əməkdar artist Kəmalə Hüseynova, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Fondda gənclərlə teatr sənəti, bədii düşüncə tərzi, estetik maariflənmənin faydaları barədə maraqlı müzakirələr aparıblar.