Fidan Hacıyeva Tbilisidə konsert proqramı ilə çıxış edib - FOTO


Digərləri 11 May 2018 19:48:29 155 0

Fidan Hacıyeva Tbilisidə konsert proqramı ilə çıxış edib - FOTO

Konsert Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub

Azərbaycanın xalq artisti Fidan Hacıyeva mayın 11-də Tbilisidə, Şota Rustaveli adına Dövlət Dram Teatrında konsert proqramı ilə çıxış edib.

"Report"un Gurcüstan burosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçən konsertdə Türkiyə, Braziliya, Qazaxıstan, Ukrayna, ABŞ, Belarus və digər ölkələrin səfirliklərinin və konsulluqlarının əməkdaşları, Gurcüstanın dövlət və hökumət rəsmiləri, Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı, Bolnisi Rayon İcra Hakimiyyəti başçısının müavini Longinoz Həsənov və digər rəsmi şəxslər, ictimaiyyət numayəndələri iştirak ediblər.

Səfirliyin məsul əməkdaşı Samirə AğayevaFidan Hacıyevanın konsertinin ulu öndər Heydər Əliyevin95 illik yubileyinə həsr olunduğunu bildirib.

Sonra xalq artisti "Sənsiz", "Sevgili canan", "Azərbaycan" və digər xalq və bəstəkar mahnılarını ifa edib. Fidan Hacıyevanıfortopianoda Səbinə Tağıyeva müşayiət edib.