“CinemaPlus”da “QaQaQaz” animasiya filminin nümayişi baş tutdu


Digərləri 11 May 2018 18:50:00 331 0

“CinemaPlus”da “QaQaQaz” animasiya filminin nümayişi baş tutdu

"CinemaPlus" premium kinoteatrlar şəbəkəsində 2018-ci ildə "Cinemazadeh" studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Çin və ABŞ istehsalı olan "Qa-Qa-Qaz" animasiya filminin nümayişi baş tutub.

Filmi Əlixan Rəcəbov, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Elşən Rüstəmov, Müşfq Mirzəyov, Vüsal Hacıqədir, Kamran Ağabalayev, Xətai Əli, Rövşən Məmmədli, Səid Nizami, Elman Rəfiyev və Zemfira Əbdülsəmədova səsləndiriblər.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Ağalarov, tərcüməçi Xumar Quluzadə, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

Ailəvi komediya cizgi filminin rejissoru Christopher Jenkinsdir.