Heydər Əliyevin 95 illiyi müxtəlif ölkələrdə qeyd edilib FOTO
Digərləri 11 May 2018 18:29:00 293 0
Ümummilli ilder Heydər Əliyevin 95 illik yubileyi Belqrad, Haaqa, Sankt-Peterburq və Kişinyovda müxtəlif tədbirlərlə qeyd edilib.
Son.az Trend-ə istinadən xəbər verir ki, Belqradda Serbiya Milli Teatrında Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar konsert keçirilib.
Azərbaycanın Serbiyadakı səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və birgə təşkilatçılığı baş tutan konsertdə Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyevin rəhbərliyi ilə azərbaycanlı və serb musiqiçilərdən ibarət musiqi qrupunun Serbiya Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə möhtəşəm konsert gecəsi təşkil edilib.
Moldovanın paytaxtı Kişineuda da ulu öndərin yubileyi münasibətilə ölkənin Milli Filarmoniyasının orqan zalında xatirə konserti təşkil edib. Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi birgə təşkilatçılığı ilə keçirilən konsertdə Moldovada yaşayan həmyerlimiz, opera ifaçısı Gülnarə Ralyanu və başqaları çıxış ediblər. Milli Orkestrə Georgi Mustea dirijorluq edib. Konsertdə dünyanın məşhur bəstəkarlarının əsərləri səsləndirilib. Eyni zamanda, orqan zalının foyesində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən sərgi nümayiş etdirilib.