Oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb


Digərləri 11 May 2018 17:58:00 236 0

Oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Son.az-a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri Sabir Orucov, Taleh Abıyev, Qalib Əlibəyov və əvvəllər məhkum olunmuş Zöhrab Həsənov olduqları məlum olub.

Dəstə üzvlərinin cari ilin əvvəlindən ayrı-ayrı vaxtlarda rayon ərazisində tikilməkdə olan 4 evdən ümumilikdə 3430 metr elektrik naqilləri oğurlamaqla ev sahiblərinə 1385 manat maddi ziyan vurduqları, həmin naqilləri yandıraraq əlvan metal qəbulu məntəqəsinə satıb pulu aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Xəbərə aid foto