"Vulqarlığın fərqində deyilsənsə..."


Şou-biznes 11 May 2018 16:24:00 294 0

"Vulqarlığın fərqində deyilsənsə..."

Xalq artisti Flora Kərimova əməkdar artist Röya haqda növbəti dəfə köşə yazıb.

Son.az lent.az-a istinadən həmin yazını təqdim edir:

Sənin növbəti cəfəngiyatına cavab: Mən sənin öyrətdiyin insanların, məni söymək üçün hər gün sifarişinlə açılan yeni səhifələrin demaqoqluğuna fürsət verməmək, həm də sonrakı günlərin tarixləri ilə əlaqədar bu yazını konsertindən bir həftə sonra dərc edirəm.

Röya, elə nağıl danışırsan ki, səni tanımayan elə bilər, Peyğəmbərdən hədis deyirsən!

Başı bağlı olan-olmayan, imanlı-imansız - hamı kefindən, qeyri-kefindən əxlaqsızlığı seçənlərdən ötrü dua etməsə, Cəhənnəmə düşəcək? Belə çıxır ki, başını saxlamaqdan ötrü kiminsə atasını söyən Röya Cənnətə düşəcək, amma Röyaya dua etməyənlər Cəhənnəmdə yanacaq! Sən bu nağıllarla nəyi təbliğ edirsən, nəyi aşılayırsan...?

Sən, Röya müzakirə olunduğunda nəinki ANALIĞIN, hətta BACILIĞIN, QIZLIĞIN, ÖVLADLIĞIN DA mövzudur. Əgər sən özünü Madonna, Beyons ilə bir tutursansa, öz sözünlə desək, 40 yaşında bir müğənni - sən indiyə qədər şou ya iyrənccəsinə vulqarlığın fərqində deyilsənsə, çətin bundan sonra olasan.

Sən AZƏRBAYCANI təmsil edirsən və sənin ANALIQ MƏSULİYYƏTİNDƏN gedir söhbət, "ANA" adından yox!

Bu dünya kimləri yetişdirmədi, kimləri sənətin zirvəsində illərlə saxlayıb yerə çırpmadı, kimləri şöhrətin baş gicəlləndirən dadı ilə aldadıb illərlə evində təkliyə düçar etmədi!

Sənə dünyasını dəyişən Azərbaycan müğənnisi görk olmadısa, BÖYÜK sənəti, səsi böyük olan Hyustonun özünün həyatına, övladının taleyinə bir bax! Bəzən gələcəyi düşünməməyin nə faciələrə gətirdiyini bilmək lazımdır.

Sənin övladına verəcəyin tərbiyə sənin davranışındır və əməllərindir. Bir neçə həftə əvvəl oturuşunun, hərəkətlərinin şahidi olduq. Mənim səndən iki dəfə böyük oğlum, kamillik yaşında qızım, 26-18 yaşlarında oğul nəvələrim var. Və onlar utanmadan, FƏXRLƏ mənə ANAM-NƏNƏM deyə bilir, bu, mənim qazancımdır. Kaş sənin də oğlun nəvələrim yaşında olanda sənə - "Röya mənim anamdır" deyə bilsin, bu isə hələ sual altındadır. Gələcək göstərəcək.

Bugünkü yaşayışından tutmuş, oxuduğun hər şeyə görə köhnələrə borclusan. Elə Zeynəbə, İlhaməyə, səni sən edən bəstəkarlara və İllah da Mənə ki, əsasını qoyduğum bu sənətdəki mənim tör-töküntümü təkrarlaya bilmirsən. Buna görə isə ölənə kimi borclu qalacaqsan!