Cəmil Quliyevin İTVnin baş direktoru vəzifəsindən azad olundu


Digərləri 11 May 2018 16:28:00 312 0

Cəmil Quliyevin İTVnin baş direktoru vəzifəsindən azad olundu

İTV Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasından bildiriblər.

Bildirilib ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.