"Real'ın Liverpool'u məğlub etməsini istəyirəm"


İdman 11 May 2018 16:18:00 298 0

"Real'ın Liverpool'u məğlub etməsini istəyirəm"

Tottenham'in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının finalı haqqında fikirlərini bölüşüb.

Goal.az-ın məlumatına görə, argentinalı mütəxəssis həlledici oyunda Real'ın qələbə qazanmasını istədiyini deyib:

“Düşünürəm ki, Çempionlar Liqasının favoriti Real'dır. Düzü, onların qalib olmasını istəyirəm, çünki Liverpool bizim Premyer Liqadakı prinsipial rəqibimizdir”.

Tottenham hazırda Premyer Liqada üçüncü, Liverpool isə dördüncü sırada qərarlaşıb. Komandalar arasında 2 xal fərq var.

Qeyd edək ki, Real və Liverpool'un üz-üzə gələcəyi Çempionlar Liqası finalı mayın 26-da keçiriləcək.