İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq aksiyalar keçirilir


Dünya 11 May 2018 16:03:43 240 0

İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq aksiyalar keçirilir

Etiraz aksiyasına qoşulanların əksəriyyəti Donald Trampın qərarından narazı olduqlarını deyirlər

İran şəhərlərində bir neçə min nəfər ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxmaqla bağlı qərarına etiraz əlaməti olaraq küçələrə çıxıblar.

"Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, etiraz aksiyasına qoşulanların əksəriyyəti Donald Trampın qərarından narazıolduqlarını deyirlər.

Xatırladaq ki, D.Tramp mayın 8-də İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planından (BHFP) ABŞ-ın birtərəfli qaydada çıxdığını elan edib.