Masallıda 9 nəfərə qarşı dələduzluq edən şəxs saxlanıldı


Kriminal 11 May 2018 16:02:00 268 0

Masallıda 9 nəfərə qarşı dələduzluq edən şəxs saxlanıldı

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların külli miqdarda pulunu mənimsəyərək onlara külli miqdarda maddi zərər vuran rayonun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin Cavadov saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu şəxs rayonun Yeyənkənd kəndində avtomobil almaq adı ilə Kamal Xəlilovdan ayrı-ayrı vaxtlarda 48.000 manat alaraq mənimsəyib.

Eyni zamanda, onun Kənan Şirxanlı adlı bir nəfərdən də eyni üsulla 13.000 manat alması məlum olub. İstintaq tədbirləri ilə müəyyən edilib ki, Emin Cavadov ayrı-ayrı vaxtlarda 4 şəxsin pulunu mənimsəyib və həmin vətəndaşlara ümumilikdə 53 000 manatdan artıq maddi zərər vurub. Bundan başqa, E.Cavadov daha 3 nəfərin də etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etdiyi və külli miqdarda zərər vurduğu müəyyən edilib.