Əfqanıstanda taliblərin hücümü nəticəsində 43 polis ölüb


Dünya 11 May 2018 15:54:16 239 0

Əfqanıstanda taliblərin hücümü nəticəsində 43 polis ölüb

Daha 10 hüquq mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb

Əfqanıstandaradikal "Taliban" hərəkatının yaraqlıları tərəfindənpolis məntəqəsinəvə bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsindəazı 43 polis məmuru ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Ariana" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Telekanalın məlumatına görə, taliblər cümə axşamına keçən gecə Fərah şəhərində polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Yaraqlılar məntəqənin binasını ələ keçiriblər və silah-sursatlarını ələ keçirməyə müvəffəq olublar. Ancaq sonradan hökumət qüvvələri obyekt üzərində nəzarəti ələ keçiriblər.

Silahlı toqquşmalar nəticəsində daha 10 hüquq mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.