Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır


Digərləri 11 May 2018 15:55:00 258 0

Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır

Şəmkirdə dövlətin güzəştli krediti ayrılan ildə 3 min ton balıq istehsal etmək gücünə malik müəssisəyə baxış keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu sahədə növbəti işgüzar forum mayın 11-də Şəmkir rayonunda keçirilib. Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, kartof və soğan saxlama anbarının, istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının, cins heyvandarlıq kompleksinin, quru meyvə və çörək istehsalı, meyvə-tərəvəz və süd emalı, ət kəsimi və ət emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.