Bakıda söküntü ərazisində faciə


Digərləri 11 May 2018 15:38:00 245 0

Bakıda söküntü ərazisində faciə

Bakıda söküntü sahəsində faciə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, köhnə binaların söküntüsü ilə məşğul olan "Mənzərə" MMC-nin söküntü sahəsində baş verib.

Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.