Manchester City-nin qapıçısı rekordlar kitabına düşdü


İdman 11 May 2018 14:36:00 310 0

Manchester City-nin qapıçısı rekordlar kitabına düşdü

Manchester City-nin qapıçısı Ederson Moraeş Ginnesin "Rekordlar kitabı"na düşüb. Goal.az xəbər verir ki, braziliyalı qapıçı ən uzaq məsafəyə top vurmaq baxımından rekordçu olub. Məşqdə Ederson topu 75.35 metr məsafəyə vurub. Bu, əvvəlki rekorddan 0.5 metr çoxdur.

Ederson 2017-ci ilin yayında Benfica-dan 40 milyon avroya transfer olunmuşdu. Bu mövsüm 36 Premyer Liqa matçına çıxan 24 yaşlı qolkiper 16 dəfə qapısını toxunulmaz saxlayıb.