Kapitan 10 ildən sonra klubunu tərk edəcək


İdman 11 May 2018 15:15:00 319 0

Kapitan 10 ildən sonra klubunu tərk edəcək

Swansea City növbəti mövsüm Championship divizionunda mübarizə aparacaq. Goal.az xəbər verir ki, Uels klubunu tərk edənlər arasında kapitan Anhel Ranxel də olacaq. 2008-ci ildən komandada olan 35 yaşlı müdafiəçinin mövsümün sonunda başa çatacaq müqaviləsi uzadılmayacaq. 10 il ərzində Swansea City-da 373 oyun keçirən Ranhel karyerasını bitirəndən sonra klubda çalışmağa ümid edir.