Gömrük məntəqələri 24 saat işləyəcək FOTO


Digərləri 11 May 2018 14:44:00 242 0

Gömrük məntəqələri 24 saat işləyəcək  FOTO

Dövlət Gömrük Komitəsi (DGK) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tədbirləri çərçivəsində gömrük xidməti sahəsində daha bir mühüm addımın reallaşmasına nail olub.

Son.az Trend-ə istinadən bildirir ki, mayın 10-dan etibarən Azərbaycan ilə İran İslam Respublikası sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərməyə başlayıb.

Bu barədə hər iki ölkənin sərhəd və gömrük xidmətlərinin nümayəndələri arasında keçirilən görüşdə razılaşma əldə olunub.

Beləliklə, bundan sonra adı çəkilən gömrük-sərhəd buraxılış məntəqələrindən sərnişinlərin, yük və minik avtomobillərinin 24 saat keçidi təmin olunacaq. Bu, hər iki ölkə arasında ticarətin daha da surətli inkişafına, Şimal-Cənub tranzit dəhlizinin sutka ərzində fəaliyyət göstərməsinə, vətəndaşların gediş-gəlişində sıxlığın aradan qaldırılmasına xidmət edəcək.


Xəbərə aid foto