Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar


Digərləri 11 May 2018 13:47:00 587 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar

Anar Əliyev və Vüsal Nəsirli Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müşavirləri təyin edilib

.

Son.az Trend-ə istinadən bildirir ki, bundan əvvəl nazirin yalnız bir müşaviri var idi - Yalçın Müslümov. Yeni təyinatlardan sonra müşavirlərin sayı 3-ə çatıb.

A.Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edir. Bundan əvvəl Aparata Əjdər Cəbiyev rəhbərlik edirdi, müavini isə Ədalət Əliyev idi. Hazırda hər iki vəzifə vakantdır.