Bakının 4 nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur


Digərləri 11 May 2018 13:34:24 236 0

Bakının 4 nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur

Bakının 4 nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur.

Son.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Mirsalam Qəmbərov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə araşdırmalar aparılır və nəticələr haqqında məlumat veriləcək:

"Eyni zamanda bildirmək istəyirəm ki, ötən həftə paytaxtın Sabunçu, Xətai, Səbail və bir sıra ərazilərdə atmosferdə kəskin qoxu müşahidə edilib və bu da insanlara mənfi təsir göstərib. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq etmişik. Müəyyən etdik ki, qoxu şəhərin müvafiq nöqtələrində 4 yerdə daha kəskin yayılıb. Bu bilavasitə neft emalı zavodu və onun əhatə dairəsinə aid olan yerlərdir. Havanın isti və rütubətin normaya uyğun olmaması bu maddələrin daha çox yayılmasına səbəb olub. Neftayırma zavodunun əməkdaşları prosesin onlarda baş vermədiyini deyir. Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər. Lakin atmosferə atılanda bu atmosfer havası üçün zərərli ola bilər".

M.Qəmbərov bildirib ki, ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olması ilə bağlı bütün lazımi tədbirlər görməkdə istehsalçı müəssisələr öhdəlik daşıyır: