Heydər Əliyevin xatirəsi Meksikada anılıb


Siyasət 11 May 2018 13:40:00 268 0

Heydər Əliyevin xatirəsi Meksikada anılıb

Mayın 10-da ölkəmizin Mexikodakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı təşkil edilmiş tədbirdə Meksikada Azərbaycan icmasının üzvləri və Azərbaycanın Meksikalı dostları iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, onun müasir Azərbaycanın banisi olduğunu, ölkə tarixində müstəsna rolunu qeyd edərək Vətənimizi xaos və böhrandan qurtararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkəyə çevrilməsinə nail olduğunu bildirib.

Azərbaycanlı diplomat qeyd edib ki, hər bir Azərbaycanlı gündən günə güclənən və inkişaf edən ölkəmizi müşahidə edərkən bunu anlamalı, düşünməlidir. Qüdrətli dövlət xadimi, dahi şəxsiyyət, uzaqgörən siyasəti ilə bütün region və ondan kənarda yeni reallıq yaradmış, əsrin ən parlaq simalarından olan Heydər Əliyevin bütün həyatını öz Vətəninə - doğma Azərbaycana həsr etdiyini bildirən diplomat hər bir azərbaycanlının bu xatirələri yaşatmalı olduğunu vurğulayıb.

O, Heydər Əliyev irsinin dünyada daha da tanıdılmasında, onun gələcək nəsillərə çatdırmaqda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd edib. Fondun həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda çox mühüm mədəniyyət, humanitar, təhsil və bir çox digər sahələrdə layihələrin uğurla həyata keçirdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın bu günkü uğurları, dünyada nüfuzunun gündən günə artması, regionun liderinə çevrilməsi, ölkəmizin təşəbbüsü ilə dünya miqyaslı layihələrin böyük müvəffəqiyyətlə həyata keçirilməsi - bütün bunlar məhz Ulu Öndərin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasət nəticəsində mümkün olub.

Bundan sonra Meksikanın xarici ölkələrlə münasibətlərinin inkişafı üzrə fəaliyyət göstərən "Ruyalar" Vətəndaş Asosiasiyasının xarici əlaqələr üzrə əlaqələndiricisi, Azərbaycan dilində danışan ilk Meksika vətəndaşlarından olan Pedro Fransisko çıxış edərək Ulu Öndərin nəinki Azərbaycan, dünya miqyasında bir dahi və qəhraman olduğunu deyib.

Mexiko Milli Musiqi Konservatoriyası professoru Spartak Babayev çıxış edərək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü mühüm işlərdən danışıb, o cümlədən mədəniyyət sahəsinə göstərdiyi qayğını xüsusilə qeyd edib.