Ər arvadı ilə yatan əmisioğlunu öldürdü Şamaxıda


Digərləri 11 May 2018 12:50:00 299 0

Ər arvadı ilə yatan əmisioğlunu öldürdü  Şamaxıda

Famil Hidayətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Şamaxı rayonunda qısqanclıq zəminində əmisi oğlunu öldürməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü.

Famil Hidayətov əmisi oğlu Şəmsəddin Hüseynovun və qonşusu Sadiq Mikayılovun arvadı Kəmalə ilə gizlin intim münasibətdə olduğunu zənn edib. O, düşünüb ki, qonşusu Sadiq Mikayılov bu məsələni bildiyi üçün onu öldürəcək.

Buna görə də Famil Hidayətov arvadı ilə intim münasibətdə olan həm əmisi oğlundan, həm də qonşusundan qisas alaraq, onları öldürmək qərarına gəlib.

Əmisi oğlu ilə arvadının intim münasibəti

Famil Hidayətov 2017-ci ilin aprelin ortalarından etibarən axşam saatlarında yaşadıqları Şamaxı rayonunun Göylər kəndində yerləşən fərdi yaşayış evindən çıxıb və müxtəlif istiqamətlərdə getdikdən sonra ailə üzvləri tərəfindən tapılaraq evə qaytarılıb.

Aprelin 17-də, axşam saat 23-də Famil Hidayətov yenidən yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib. O, qardaşı Nail Hidayətov və əmisi oğlu İlham Hüseynovun kəndarası yollarda onu axtardığını görüb.

Qətl planı və əlverişli zamanı gözlədi

Bu səbəbdən o, yaşadıqları evin həyətinə qayıdaraq gizlənib. Famil Hidayətov əmisi oğlu Şəmsəddin Hüseynovu öldürmək üçün əlverişli şəraitin yaranmasını gözləyib.

Əmisi oğlunu öldürdü

Famil Hidayətov aprelin 18-də, saat 01-də Şəmsəddin Hüseynovun evdə tək qalan anası Güllüyə baş çəkmək üçün həyətlərinə girdiyini görüb. O, evin birinci mərtəbəsində yerləşən otağa daxil olan Şəmsəddin Hüseynovun arxasınca həmin otağa daxil olub.

Famil Hidayətov əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Şəmsəddin Hüseynovun döş qəfəsinin və qarın nahiyəsinin sol tərəfinə üç zərbə vurub. Şəmsəddin Hüseynov aldığı zərbənin təsirindən ölüb.

Qonşusunun qapısını döydü, açan olmadı

Daha sonra Famil Hidayətov həmin gecə, saat 01.30-da arvadı ilə intim münasibətdə olduğunu və onu öldürəcəyini zənn etdiyi qonşusu Sadiq Mikayılovdan qisas alaraq, onu qətlə yetirmək qərarına gəlib.

Bu məqsədilə Famil Hidayətov onun yaşadığı evin həyətinə gedərək, giriş qapısını döyüb. Sonra Famil qapının açılmasına nail olmaq üçün Sadiq Mikayılov çağırsa da, Sadiq Mikayılovun onun səsini tanıyaraq qapını açmadığını görüb.

Evin pəncərələrini sındırdı

Bundan əsəbiləşən Famil Hidayətov evin birinci mərtəbəsində olan pəncərəni təpiklə vuraraq açıb. Sonra əlində bıçaq tutmuş vəziyyətdə evin içərisinə daxil olmaq istəyib.

Bu zaman Sadiq Mikayılov əvvəlcədən evin içərisinə qoyduğu dəmir boru ilə ona fəal fiziki müqavimət göstərib və onun evə daxil olmasına imkan verməyib.