Neymarın Real-a keçmək istəyir


İdman 11 May 2018 12:36:00 266 0

Neymarın Real-a keçmək istəyir

PSG-nin hücumçusu Neymar növbəti yay komandasını dəyişmək istəyir. Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, braziliyalı ulduz rəhbərlikdən onu Real-a buraxmağı xahiş edib. Futbolçunun atası bu barədə klub bossları ilə söhbət aparıb.

İspaniya mətbuatı Neymarın Paris klubuna keçməklə səhvə yol verdiyini və artıq dekabrda Real-a getmək qərarına gəldiyini yazır. "Sambaçı"nın gedişi məsələsi Qətər əmiri Təmim bin Həmad əl-Tani ilə müzakirə olunacaq. Ərəblər bunu prestij məsələsi kimi qiymətləndirirlər. Transfer 260-300 milyon avroya başa gələ bilər. Neymarın məvacibi isə ildə 40 milyon avro ola bilər.